Qurban Qurbanov: “Qarabağ”da nəsə çatışmır
24.04.2010 - 22:12
Qurban Qurbanov: “Qarabağ”da nəsə çatışmır
“Çox gərgin oyun keçdi. Bu cür əzmkar komanda yaratdığı üçün Qurban müəllimi təbrik edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Unibank Premyer Liqasının XXIX turunda "Qarabağ"la qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında qəbələlilərin çalışdırıcısı bildirib ki, komandası sərgilədiyi oyunla avrokuboklara çıxmağa layiq olduğunu sübut edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə bildirib ki, komandasında nəsə çatışımır: “Oyunun çox maraqlı keçməsi ilə razıyam. Amma bizdə nə isə çatışmır, elə bil futbolçular əvvəlki oyunlarda məğlub olduqlarına görə ruhdan düşüblər. Hər şey bununla bitmir, qarşıdakı oyunlarımıza daha ciddi hazırlaşmalıyıq”.