“Bakı” “Qalatasaray”la oyuna yollandı
25.04.2010 - 20:13
Sabah Astanada “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turniri start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışa qatılacaq 17 yaşlı futbolçulardan ibarət “Bakı” komandası bu gün səhər saatlarında Astanaya yollanıb.
Paytaxt təmsilçisi Moskva MOİK-i, Türkiyənin “Qalatasaray” və Serbiyanın 17 yaşlılardan ibarət komandası (U-17) ilə B qrupunda yer alıb.
“Bakı” ilk oyununu sabah Bakı vaxtı ilə saat 10:00-da serblərə qarşı keçirəcək. Ertəsi gün həmin saatda böyük maraqla gözlənilən “Bakı” - “Qalatasaray” görüşü başlayacaq. Nəhayət, qrupda son oyun aprelin 28-də Bakı vaxtı ilə saat 08:00-da MOİK-lə olacaq.
A qrupunda isə Qazaxıstanın “Tsesna-94”, Rusiyanın “Zenit”, Özbəkistanın “Bunedkor” və Koreyanın SUAR-94 komandası yer alıb.
Qeyd edək ki, Astanada “Astana Arena”da keçiriləcək turnirin qrup mərhələsinin oyunları başa çatdıqdan sonra növbəti rəqibimiz müəyyənləşəcək. “Bakı” qrupda hansı yer tutmasından asılı olaraq aprelin 30-da 1-ci, 3-cü, 5-ci və ya 7-ci yer uğrunda oyuna çıxacaq.

0
0