Mahir Şükürovun komandası ikiqat Rusiya çempionundan 1 xal aldı
25.04.2010 - 20:54
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu Kazanda “Rubin”in qonağı olub.
Milli komandamızın müdafiəçisi oyuna start heyətində çıxıb. İkiqat Rusiya çempionu ilə qarşılaşmada futbolçumuzun komandası 1 xalla ayrılıb – 0:0.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin məşqçisi olduğu “Terek” (Qroznı) isə Sankt-Peterburqda “Zenit”lə görüşdə qolsuz heç-heçə oynayıb.

0
0