Azərbaycan çempionu UEFA kubokunda üçüncü yeri tutub
25.04.2010 - 20:58
Bu gün futzal üzrə UEFA kubokunda üçüncü yer uğrunda oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan çempionu “Araz” Portuqaliyanın Lissabon şəhərindəki Pavilyau Atlantiko arenasında keçirilən oyunda İtaliyanın «Luparense» klubunu məğlubiyyətə uğradıb.
Qarşılaşmada hesabı «Araz» açıb. Vitali Borisov fərqlənib. Lakin italiyalı futzalçılar nəinki bərabərlik qolunu vurub, üstəlik, hesabda irəli keçib. «Araz» oyunun başa çatmasına 3 dəqiqə qalmış Tyaqunun fərqlənməsi sayəsində hesabda tarazlıq yaradıb. Oyun 2:2 hesabı ilə yekunlaşdığı üçün, Əsasnaməyə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib.
«Araz»ın qapıçısı Andrey Tveryankin «Luparense»nin kapitanı Vampetanın zərbəsini dəf edib. Tyaqo, Biro Jade, Rizvan Fərzəliyev, Felipe və Vitali Borisov penaltiləri sərrast yerinə yetiriblər. Beləliklə, ümumi nəticədə 7:6 hesabı ilə (2:2 – əsas vaxt, 5:4 – penalti seriyası) qalib gələn «Araz» futzal üzrə UEFA kuboku yarışını üçüncü pillədə başa vurub.

0
0