“Bu, mənim üçün böyük mükafatdır” - FOTO
26.04.2010 - 08:43
“Bu, mənim üçün böyük mükafatdır” - FOTO
“Baş məşqçimizə və komanda yoldaşlarıma təşəkkür edirəm. Bu, mənim üçün böyük mükafatdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun futzalçısı Felipe deyib.

UEFA kubokunda üçüncü yer uğrunda İtaliyanın “Luparense” klubu ilə keçirilən qarşılaşmadan sonra braziliyalı legioner sevincini gizlətməyib. Görüşün ən yaxşısı seçilən Felipe AFFA-nın rəsmi internet saytına açıqlamasında “dördlər finalı”ndakı çıxışı uğurlu adlandırıb: “Bu mərhələdə ilk dəfə iştirak etdiyimizdən, oyunlar çətin keçdi. Rəqiblərimiz güclü komandalar idi, amma biz də öz bacarığımızı göstərdik”.

Qeyd edək ki, “Araz” İtaliya çempionunu 2:2 hesabı ilə bitən matçın penaltilər seriyasında məğlub edib – 5:4.