Azərbaycan yığmasının baş məşqçisi portuqaliyalı azarkeşlərə təşəkkür etdi
26.04.2010 - 08:50
Azərbaycan yığmasının baş məşqçisi portuqaliyalı azarkeşlərə təşəkkür etdi
“Bu il futzal üzrə Azərbaycan milli komandası və “Araz” klubu üçün uğurlu oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə UEFA kubokunda 3-cü yeri tutan Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva deyib.

Milli komandamızı da çalışdıran braziliyalı mütəxəssis Avropa çempionatında 4-cü yeri tutmuşdu. Portuqaliyanın paytaxtı Lissabonda keçirilən UEFA kuboku uğrunda turnirdə 3-cü yer uğrunda oyunda İtaliyanın “Luparense” klubuna qalib gələn Da Silva yerli azarkeşlərə təşəkkür edib: “Bizə verdikləri dəstəyə görə portuqaliyalı azarkeşlərə minnətdarlığımı bildirirəm. Oyuna yaxşı başlamasaq da, tədricən üstünlüyü ələ aldıq. Qələbə münasibətilə komandamın bütün üzvlərinə təşəkkür edirəm”.