Ponomaryov üçün yeni vəzifə
26.04.2010 - 09:34
Ponomaryov üçün yeni vəzifə
Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryov 2011/12 mövsümündə Türkiyə Superliqasında çıxış etməlidir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçunun şərəfini qoruduğu “Orduspor” klubunun qarşısına yeni mövsümdə güclülər dəstəsinə çıxmaq vəzifəsi qoyulub. Ordu təmsilçisinin prezidenti Nədim Türkmən Anatoli də daxil olmaqla, indiki heyəti də saxlayacaqlarını bildirib: “Klubla müqaviləsi olan futbolçuları saxlamaqla yanaşı, biri xaricdən olmaqla 3 yeni transfer gerçəkləşdirəcəyik. Məqsədimiz 2010/11 mövsümündə Superliqaya vəsiqə qazanmaqdır. Bunun üçün Antalyada deyil, ölkə xaricində toplanış da keçirəcəyik. Axı Superliqa klubları da Türkiyədən kənarda hazırlıq keçir. Mühiti dəyişmək oyunçularımıza da müsbət təsir edəcək. Qoy futbolçularımız xoşbəxt olsun”.

Türkmən bildirib ki, klubun heç bir futbolçuya borcu yoxdur: “Qoy komandamıza gələcək və danışıq apardığımız oyunçular da bunu bilsin. Biz futbolçuya müqavilədə göstərilən məbləği vaxtında veririk. Heç kimi bura gəlməsinə peşman etmirik”.