AFFA sabah çempionatın formatını dəyişməyəcək!
26.04.2010 - 09:52
AFFA-nın İcraiyyə Komitəsinin sabaha nəzərdə tutulan iclası təxirə salınıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 18:00-da “Park İnn” otelində keçirilməli olan toplantı qeyri-müəyyən səbəbdən baş tutmayacaq. İclasın keçiriləcəyi vaxtla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, iclasın gündəliyində əsas məsələ Premyer Liqanın yeni formatının müzakirəsi ilə bağlı idi.
Qeyd edək ki, iclasın gündəliyində əsas məsələ Premyer Liqanın yeni formatının müzakirəsi ilə bağlı idi.
0
0