Milli komandamız rus klubunu darmadağın etdi
26.04.2010 - 09:58
Milli komandamız rus klubunu darmadağın etdi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Emil Cabbarovun yetirmələri Soçi şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində “Soçi” klubunu sınağa çəkib. Yığmamız rusiyalıları 11:3 hesabı ilə məğlub edib. Hikmət Bağırovun 5 qol vurduğu oyunda, İlham Əzizzadə, Elşad Quliyev və Müslüm Hüseynov dubl edib.