“Bizə deməyiblər ki, ya çempion olun, ya da kuboku qazanın”
26.04.2010 - 10:36
“İnter” klubunun futbolçusu Samir Abasovun apasport.az saytına müsahibəsi
- “Xəzər-Lənkəran”la oyunda qələbə qazana bilməməyinizə nə mane oldu?
- Oyun gözlədiyimiz kimi keçdi. “Xəzər-Lənkəran”ın nəyə qadir olduğunu bilirdik. Görüşə yaxşı hazırlaşmışdıq. Komanda şəklində əla oynadıq. Uda da bilərdik. Həmişəki kimi bəxtsizlikdən axırıncı dəqiqədə qol buraxdıq. Lənkəranda itirilən 2 xalı sırf bəxtsizliklə əlaqələndirirəm.
- “İnter” qələbəni son dəqiqələrdə əldən verməklə, rəqibini arxada qoymaq fürsətindən yararlana bilmədi. Komandanın çempionluq şansını necə qiymətləndirirsən?
- Hələ heç nə itirilməyib. Mövsümün başa çatmasına 3 tur qalıb. Hansı ki, həmin 3 matçı qələbə ilə başa vursaq, çempion ola bilərik. Özünüz də şahidi olursunuz ki, oyunların əksəriyyəti heç-heçə ilə başa çatır. Yəni, qarşıdakı görüşlərdə hansı komanda daha az xal itirsə, o da çempion olacaq. Məncə, kimin çempion olacağı son turda bilinəcək.
- Necə fikirləşirsiniz, çempionluq uğrunda hansı komandanın daha çox şansı var?
- Baxmayaraq ki, “Qarabağ” və “Neftçi” bir qədər arxada qalıblar, ilk 5 pillədə qərarlaşan komandaların şanslarını yüksək qiymətləndirirəm. Dediyim kimi, oyunların çoxu heç-heçə ilə başa çatır. Bizdən aşağıda qərarlaşan komandalar qələbə qazanaraq, xal fərqini azalda bilərlər. Elə komanda ola bilər ki, son 3 oyunu da qələbə ilə başa vuraraq, qızıl medallara yiyələnsin.
- “İnter” iki ildir ölkə kubokunun finalında məğlub olur. Bu il həm çempion, həm də ölkə kubokunu qazanmaq imkanınız var. Əsas məqsədiniz ölkə kubokunu qazanmaqdır, yoxsa çempionluq?
- Əlbəttə, ikisi də. Əsas məqsəd kimi bizə deməyiblər ki, ya çempion olun və ya kuboku qazanın. Düzdür, bu heç də asan olmayacaq. Subyektiv fikrim belədir ki, çempion olmaq əsasdır. Əlbəttə kuboku da qazansaq, pis olmazdı.

0
0