Azərbaycan çempionları Avropanın bombardirləri siyahısında
26.04.2010 - 11:36
Futzal üzrə UEFA kubokunun ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cari mövsümün ən məhsuldar oyunçuları arasında Azərbaycan təmsilçiləri də yer alıblar.
Belə ki, turnirdə 8 və daha artıq qol vuran 9 fuzalçıdan ikisi ölkə çempionu “Araz”ın üzvləridir. Hərəyə 8 dəfə fərqlənən Biro Jade və Vitali Borisov UEFA kubokunun bombardirlərinin yarışında 5-9-cu yerləri bölüşüb. Onlar turnirin ən məhsuldar futzalçısı olan portuqaliyalı Joel Keyruşdan 4 top geri qalıb.
Qeyd edək ki, Biro Jade bu ilin yanvarında keçirilən Avropa çempionatının final mərhələsinin ən yaxşı bombardiri olmuşdu.

UEFA kubokunun bombardirləri | |||
Futbolçular | Klubu | Qol | |
Joel Keyruş | Benfika (Portuqaliya) | 12 | |
Aleksey Baranov | Nikars (Latviya) | 11 | |
Vampeta | Luparense (İtaliya) | 11 | |
Maksim Pavlenko | Taym (Ukrayna) | 9 | |
Biro Jade | Araz (Azərbaycan) | 8 | |
Arnaldo | Benfika (Portuqaliya) | 8 | |
Vitali Borisov | Araz (Azərbaycan) | 8 | |
Armen Gülambaryan | Erebuni (Ermənistan) | 8 | |
Milyan Viko | Leotar (Bosniya və Herseqovina) | 8 |
0
0