Valentin Belkeviç: Fərqli mühitdə oynamaq üçün Azərbaycana getmişdim
26.04.2010 - 11:41
Valentin Belkeviç: Fərqli mühitdə oynamaq üçün Azərbaycana getmişdim
“Mən karyeramı bitirməmişdim. Sadəcə, fərqli bir mühitdə oynamaq üçün Azərbaycana getmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus yığmasının sabiq futbolçusu Valentin Belkeviç deyib.

1996-2007-ci illərdə Kiyev "Dinamo"sunun şərəfini qoruyan Belkeviç 2008-ci ildə Bakı "İnter"inə keçib və karyerasını bu klubda bitirib. Ukraynalı həmkarlarımız Belkeviçi Rusiya "Lokomotiv"ində çıxış edən soydaşımız Aleksandr Əliyevlə müqayisə ediblər. Onların fikrincə, Əliyevdən fərqli, Belkeviç "Dinamo"da oynayanda maraqlar toqquşmayıb. Onlar bunun səbəbini elə Belkeviçdən öyrəniblər: "Çünki mən futbol oynayırdım, başa məsələ barədə düşünmürdüm. Rəhbərliyə tamamilə inanırdım".

Qeyd edək ki, soydaşımız Əliyev Belkeviçlə birgə "Dinamo"da çıxış edib. O, 2010-cu ildə "Lokomotiv" (Moskva) ilə müqavilə bağlayıb. Bu komandanın heyətində meydançaya çıxdığı 6 oyunda 6 qol vurub.