İkiqat Rusiya çempionu “Milan”a növbəti təklif göndərdi
26.04.2010 - 17:21
İkiqat Rusiya çempionu “Rubin” “Milan”ın və Gürcüstan yığmasının müdafiəçisi Kaxa Kaladzeyə növbəti təklif göndərib. Apasport.az-ın “MilanNews.it” saytına istinadən xəbərinə görə, Kazan təmsilçisi “Zenit”in də maraq dairəsində olan 31 yaşlı futbolçu üçün “rossonyerlər”ə indi də 6,5 milyon avro təklif edib.
“Milan”ın ehtiyat oyunçular skamyasında oturmaqdan təngə gələn Kaladze də komandasını dəyişəcəyini açıqlayıb. 2001-ci ildə Kiyev “Dinamo”sundan transfer olunan Kaladze cari mövsümdə “Milan”ın heyətində A seriyasında cəmi 6 qarşılaşmada forma geyinib.
Qeyd edək ki, Kazan təmsilçisinin gürcü futbolçu üçün irəli sürdüyü əvvəlki məbləğ 5 milyon avro idi.

0
0