“Bakı” uduzdu, “Xəzər-Lənkəran” qələbəni əldən verdi - YENİLƏNİB
27.04.2010 - 18:51
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında “Olimpik-Şüvəlan” və “Xəzər-Lənkəran” üz-üzə gəlib.
Son ildə iki dəfə kubokun qalibi olan lənkəranlılar birinci hissənin ortalarında Denis Kalinkovun qolu ilə hesabı açıblar. Lakin tarixində ilk dəfə yarımfinala yüksəlmiş “təyyarəçilər” məğlubiyyətdən yaxa qurtara bilib. “Xəzər-Lənkəran”ın tarixinə ilk baş məşqçi kimi düşən Nazim Süleymanovun sabiq komandasına uduzmamağını İlqar Qurbanovun qolu təmin edib.
“Bakı” və “İnter” arasındakı paytaxt derbisində isə rəqiblərin “kəşfiyyatı” uzun çəkib. Unibank Premyer Liqasında lider “Xəzər-Lənkəran”ı izləyən bakılılar düz bir saat bir-birinin müdafiə xəttində boşluqlar axtardıqdan sonra azarkeşlər qol görüb. Matçın taleyini də elə Asif Məmmədovun yeganə qolu həll edib. Kubokda məğlub olan “Bakı” yarımfinalın ilk oyununda qol vurmayan yeganə komanda oldu. Belə ki, vurulan 3 qol 3 komandanın hesabına yazıldı.
Qeyd edək ki, cavab oyunları mayın 5-də keçiriləcək.
27 aprel
“Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran” - 1:1
QOLLAR: İlqar Qurbanov, 73 - Denis Kalinkov, 23
Bakı. “Şəfa” stadionu
“Bakı” – “İnter” - 0:1
QOL: Asif Məmmədov, 61
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
0