“Qələbə “Xəzər-Lənkəran”dan daha çox bizə lazımdır”
27.04.2010 - 13:38
“Neftçi” ilə “Xəzər-Lənkəran” arasında görüş Azərbaycan çempionatının ən gözəl, ən maraqlı və ən gərgin oyunudur. Bütün futbolsevərlərin gözü bu qarşılaşmada olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.
Paytaxt təmsilçisi mayın 1-də öz meydanında “Xəzər-Lənkəran”ı qəbul edəcək. Bununla bağlı klubunun rəsmi saytına açıqlama verən Məlikov oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Qələbə “Xəzər-Lənkəran”dan daha çox bizə lazımdır. Çempionluq şansımız az olsa da, Avroliqaya vəsiqə qazanmaq imkanımız var. Buna görə oyuna qələbə əzmi ilə çıxacağıq”.
Qeyd edək ki, lider “Xəzər-Lənkəran” 5-ci pillədə gedən “Neftçi”ni sona üç tur qalmış 6 xal qabaqlayır.

0
0