“Bavariya” finala Oliçin het-triki ilə yüksəldi - YENİLƏNİB
28.04.2010 - 00:32
Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinalın ilk cavab qarşılaşmasında “Bavariya” və “Lion” qarşılaşıb.
Bir həftə əvvəl Münhendə minimal hesablı qələbə qazanan almanlar bu dəfə rəqibini darmadağın edib. Görüşün qəhrəmanı isə İvitsa Oliç olub. Xorvatiyalı legionerin het-trik etdiyi oyunda “Bavariya” 3:0 hesablı qələbə qazanıb.
Qələbə sayəsində Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində finala çıxıb. “Bavariya”nın həlledici qarşılaşmadakı rəqibi bu gün keçiriləcək “Barselona” – “İnter” matçından sonra müəyyənləşəcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
“Lion” (Fransa) - “Bavariya” (Almaniya) - 0:3
QOLLAR: İvitsa Oliç, 26; 67; 78
QIRMIZI VƏRƏQƏ: Kris, 60
Baş hakim: Massimo Buzakka (İsveçrə)
Lion. “Stad de Jerlan” stadionu
İlk oyun – 0:1

0
0