Yunis Hüseynov: ...belə təəssürat yaranır ki, meydana ancaq davaya çıxmışıq
27.04.2010 - 15:17
“Karvan”ın Unibank Premyer Liqasının ən intizamsız komandası olmasına izahım yoxdur. Belə götürəndə, çempionatın ən intizamlısı da elə bizim komandadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Cari çempionatda 15 qırmızı vərəqə alan “Karvan” bu baxımdan antirekordçudur. Buna izah verməkdə çətinlik çəkən baş məşqçi isə günahı hakimlərdə görür: “Komandamızın bu qədər qırmızı vərəqə almasını hakimlərdən soruşmaq lazımdır. Mən səbəbini deyə bilmərəm. Qırmızı vərəqələrin sayına baxanda, belə təəssürat yaranır ki, meydana ancaq davaya çıxmışıq. Son turda “Muğan”la səfər oyununda hesabda 3:0 irəlidə idik. Bizə 9 sarı, 2 qırmızı vərəqə göstərildi. Adətən uduzan komanda əsəbiləşir. Ancaq hesabda irəlidəyiksə, heç vecimizə deyil. 30 ildir futboldayam, futbolun hər incəliklərini bilirəm. Ancaq bizdə hər şey tərsinə olur”.
Turnir cədvəlinin son pilləsində qərarlaşan “Karvan” I diviziona düşməyə real namizəddir. Maraqlıdır, hakimlər autsayderə qarşı niyə qərəzçilik etsin? Hüseynovun fikrinə, elə sonuncu yerdə olmalarına hakim səbəbkar olub: “Oyun başlayan kimi hakimlər futbolçularımıza sarı vərəqə paylamağa başlayırlar. Yəni, bununla onları qorxudurlar ki, bax ha, növbəti dəfə səni meydandan qovacağam. Nəticədə futbolçularımız mübarizədən çəkinirlər, onları əsl futbol oynamağa qoymurlar. Əlbəttə, ilk hissədə sarı vərəqə alan futbolçu fasilədən sonra ikinci xəbərdarlıq alıb, meydandan çıxarılacaq. Hətta topu təmiz alsa belə, sürüşmə fəndi etdiyinə görə qırmızı vərəqə alacaq”.
Hüseynovun sözlərinə görə, komandasını azlıqda qoyan futbolçuların hamısını cəzalandırmırlar: “O baxır, futbolçu qırmızı vərəqəni niyə alır? Misal üçün, Markos adi oyun epizoduna görə meydan çıxarılırsa, onu necə cəzalandırım? Fereyra çempionatın ən çox qırmızı alan futbolçusu olsa da, intizamsız deyil. Sadəcə, çox texnikalı futbolçu olduğundan ondan top almaq rəqibləri üçün çətindir. Bu zaman Markosun ayağına vururlar, hakim də qayda pozuntusu qeydə almır. Nəticədə Fereyra əsəbiləşməsin neyləsin? Onu təxribata çəkirlər, nəticədə də belə olur. Elxanın isə qırmızı aldığı epizodu görməmişəm. Videoyazıya baxandan sonra onun cəzalanması ilə bağlı qərar verəcəyəm. Qırmızı vərəqə alan Emin Quliyevlə Zaur Ramazanovu daxili nizam-intizam qaydalarına görə cərimələdik. Onların cəza müddəti bitib, meydana çıxmaqla bağlı problemləri qalmayıb”.

0
0