“Qalatasaray”ın baş məşqçisi: “Bakı” ilə oyunumuz çox ağır keçdi
27.04.2010 - 15:49
“Bakı” ilə oyunumuz çox ağır keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ahmet Geçər deyib.
“Qalatasaray” Astanada keçirilən beynəlxalq turnirin ikinci turunda özlərindən böyüklərlə qarşılaşmaqlarına baxmayaraq, “Bakı”nın 17 yaşadək futbolçularını məğlub edib – 3:2. Bu səbəbdən Geçər yeniyetmə futbolçularından razı qalıb: “Turnirdəki ilk qələbəmizi çətinliklə əldə etdik. İndi qarşıdakı matça köklənməyi düşünürük. Növbəti rəqibimiz olan Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığması Qazaxıstanda hələlik məğlub olmayıb”.
Qeyd edək ki, bakılılar ilk oyunda serbiyalı həmyaşıdlarına da uduzmuşdu – 0:10.

0
0