Milli komandanın futbolçularının xanımlarına müjdə
27.04.2010 - 16:29
Milli komandanın futbolçularının xanımlarına müjdə
İngiltərə yığmasının futbolçuları CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə tək yollanmayacaqlar. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Fabio Kapello yetirmələrinin həyat yoldaşları və sevgililərini də Afrikaya aparmasına icazə verib. Hətta iyunun 11-də start götürən yarış ərzində futbolçular bir neçə dəfə öz əzizləri ilə görüşə də biləcək.

Kapello əvvəl oyunçularını xanımlardan ayırmaq fikrinə düşsə də, həmyerlilərinin 4 il əvvəlki nümunəsi onu fikrindən daşındırıb. 2006-cı ildə İtaliya yığmasının üzvləri ailədən izolə olunmamaqla dünya çempionu olmuşdu. Kapello qərar verməzdən əvvəl son dünya çempionu olan həmkarı Marçello Lippi ilə fikir mübadiləsi apardığını da gizlətməyib.