Maksim Medvedev: Eşitmişəm ki, “Tvente” klubu mənimlə maraqlanır
27.04.2010 - 17:13
“Mən “Qarabağ”ın yetirməsiyəm və bu klubla uzunmüddətli müqaviləm var. Avropa çempionatlarında oynamaq arzumdur. Qismət olsa, karyeramı ölkə xaricində davam etdirərəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev deyib.
Ağdamın "Qarabağ" klubunun 21 yaşlı müdafiəçisi Avropa Liqasının oyunlarından sonra Avropa klublarının maraq dairəsinə düşdüyünü iddia edir. Maksimin sözlərinə görə, artıq bir neçə klub qiyabi də olsa, onunla maraqlanır: "Avropaya getməyim üçün ilk növbədə hər hansı klubdan konkret dəvət gəlməsi vacibdir. Amma mənə heç kim zəng vurub maraqlanmayıb. Əgər təklif gəlsə də, bunu heç kimdən gizli saxlamaq fikrim yoxdur. Gedib rəhbərliyə deyəcəyəm, qərar çıxaracağıq. İnanmıram ki, rəhbərlik belə bir şans yaranacağı halda, mənə mane olsun. Eşitmişəm ki, "Tvente" mənimlə maraqlanır. Amma bu, heç də 100 faizlik söhbət deyildi".
Maksim növbəti mövsümü də "Qarabağ"da keçirməyin əleyhinə deyil. Bu klubu özünə əziz sayan müdafiəçi komandanı tərk etmək istəmədiyini bildirib: “Yalnız ölkə xaricindən ciddi təklif gələcəyi halda, “Qarabağ”ı tərk edərəm. İndiki vəziyyətdə klubumun formasını geyinmək mənə xoşdur".
Qeyd edək ki, Medvedevə milli komandamızda baş məşqçi Berti Foqtsun rəhbərliyi dövründə debüt edib.

0
0