Nazim Süleymanov: “Xəzər-Lənkəran” finala daha yaxındır
27.04.2010 - 17:27
“Öz meydanımızda qələbə qazanmaq istəsək də, buna nail ola bilmədik. “Xəzər-Lənkəran” səfərdə vurduğu qolla finala gedən yolda üstünlük qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
Azərbaycan kuboku uğrunda ilk yarımfinal oyununda bu gün evdə “Xəzər-Lənkəran”la oyunda 1:1 hesablı heç-heçə edən “təyyarəçilər”in çalışdırıcı keçmiş komandası ilə görüşdə nəticədən razı qalmayıb: “Qolu öz səhvimizdən buraxdıq. Futbolçularımıza dönə-dönə tapşırmışdıq ki, Denis Kalinkova qarşı ehtiyatlı oynayın. Ancaq alınmadı və Kalinkov qapımıza yol tapdı. Hər halda, kubok iki oyundan ibarətdir və qalib bir həftə sonra Lənkərandakı cavab görüşündə bilinəcək”.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0