Ağasəlim Mircavadov: Birinci görüş hər şeyi həll etmir
27.04.2010 - 17:30
“Ölkə kuboku iki oyundan ibarətdir. Bu mənada ilk görüş hər şeyi həll etmir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan kubokunun yarımfinal mərhələsində “Olimpik-Şüvəlan”la bu gün səfərdə qollu heç-heçə edən (1:1) lənkəranlılar finala çıxmaq üçün yaxşı şans qazanıb. Hər halda, evdə qolsuz bərabərlik də bunun üçün yetərli olacaq. Ancaq Mircavadov arxayınlaşmağa əsas görmür: “Bu gün qalib gəlsəydik belə, cütün taleyinə Lənkəranda aydınlıq gələcəkdi. Hər halda, kubokda qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşir. Cavab görüşünə ciddi hazırlaşıb, öz meydanımızda lazımı nəticə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” - “Olimpik-Şüvəlan” oyunu mayın 5-də keçiriləcək.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0