Access Bank Azərbaycan milli komandalarının sponsoru oldu
27.04.2010 - 18:06
Access Bank Azərbaycan milli komandalarının sponsoru oldu
AFFA ilə Access Bank arasında imzalanan əməkdaşlıq və sponsorluq müqaviləsinin müddəaları məlum olub. Apasport.az saytının məlumatına görə, Access Bank 2 mövsüm, yəni 4 il ərzində bütün milli komandaların sponsoru kimi çıxış edəcək.

Bu müddətdə yığmaların formalarının üzərində Azercell və SOCAR şirkətləri ilə yanaşı, bankın da loqosu yerləşdiriləcək. Anlaşmaya əsasən, millinin bütün ev oyunlarında Access Bankın əmtəə nişanı qoyulacaq.

Tərəflər arasında müqaviləyə əsasən, Access Bank Azərbaycanda futbolun inkişaf etdirilməsinə, kütləviliyinin artırılmasına da dəstək olacaq, uşaq-gənclər, qadın futbolunun da inkişafı üçün AFFA-ya kömək edəcək.