Rövnəq Abdullayev: Bir vaxtlar milli komandaya görə utanırdıq
27.04.2010 - 19:04
“Bu gün Azərbaycan futbolunda əlamətdar gündür. Bank sahəsində liderlərdən biri olan Access Bank da ölkə futbolunun inkişafına töhfə vermək istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün AFFA ilə Access Bank arasında əməkdaşlıq və sponsorluq haqda müqavilə imzalanıb. Mərasimdə çıxış edən Abdullayev son vaxtlar ölkə futbolundakı uğurlardan danışıb: “Dövlət başçısı İlham Əliyevin imzaladığı futbolun inkişafına dair Dövlət Proqramını həyata keçiririk. Artıq müəyyən nəticələr də var. İnanırıq ki, daha böyük uğurlar da olacaq. FİFA bu işləri görür. Bunun nəticəsidir ki, ali futbol qurumu 2012-ci ildə 16 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin keçirilməsini Azərbaycana tapşırıb. Hərçənd, qadın futbolu ölkəmizdə yeni inkişaf etdirilməyə başlayıb. Futzalda yığma və “Araz”ın uğurları da göz qabağındadır. Milli komandamız həm seçmə mərhələ, həm də yoldaşlıq oyunlarında uğurlar qazanır. Bir vaxtlar biz milli komandaya görə utanırdıq. İndi isə fəxr edirik. Bütün şirkət və bankları futbola dəstək vermək üçün əməkdaşlığa çağırıram”.
Qeyd edək ki, müqavilə imzalandıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri veriblər.

0
0