Berti Foqts: Yalnız milli komanda ilə inkişaf olmur
27.04.2010 - 19:11
Berti Foqts: Yalnız milli komanda ilə inkişaf olmur
“Milli komanda və futbolçuların adından hamını təbrik edirəm. Sevinirəm ki, milli komanda üçün Access Bank kimi güclü partnyor tapılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

AFFA ilə Access Bank arasında əməkdaşlıq və sponsorluq haqqında müqavilənin imzalanması mərasimində çıxış edən almaniyalı mütəxəssis anlaşmanın futbolumuzun xeyrinə olacağını bildirib: “Azərbaycanda futbol çox sevilir. Buna görə də bu idman növünün inkişafı üçün hamı çalışmalıdır. Təbii ki, təkcə yığma ilə inkişaf olmur. İnkişaf uşaq futbolundan başlayır. Düzdür, bu yöndə işlər görülür. AFFA prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm ki, belə müqavilənin imzalanmasına imkan yaradıb”.