Murad Dadaşov, Berti Foqts və israilli “aşpaz” Eyal Horon
27.04.2010 - 19:20
AFFA ilə Access Bank arasında əməkdaşlıq və sponsorluq haqda müqavilənin imzalanma mərasimi maraqlı hadisələrlə də zəngin olub. Apasport.az saytının məlumatına görə, tədbirin aparıcısı olan tanınmış şoumen Murad Dadaşov da belə hadisələrdən birinin iştirakçısına çevrilib.
Müqavilə ilə bağlı çıxış edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun sözlərini dinləyən şoumen alman mütəxəssisə yaxınlaşıb. Foqtsa keçmişdə yaxşı futbolçu olduğunu xatırladan Dadaşov ondan xahiş edib ki, cavanlığında olduğu kimi, topu çiləsin. Almaniyalı mütəxəssisin cavabı isə sərt olub: “Top çiləmək artist və şoumenlərin işidir”.
Elə bu anda səhnədə peyda olan aşpaz top çiləmək istədiyini bildirib. Hamı onun tədbirin keçirildiyi Park İnn otelinin aşpazı olduğunu düşünsə də, belə olmayıb. Topla rəftarından nəyə qadir olduğu aşkar hiss olunan bu şəxs topu çilədikdən sonra paltarını dəyişərək, kimliyini açıqlayıb. Məlum olub ki, İsraildən ölkəmizə gələn Eyal Horon heç də aşpaz deyil. O, top çiləmək üzrə göstərdiyi nəticələrlə iki dəfə “Ginnesin rekordlar kitabı”na düşüb.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0