Sxadadze “İnter”dən razı qaldı
27.04.2010 - 22:07
Sxadadze “İnter”dən razı qaldı
“Kubok oyunları bir qarşılaşma ilə həll olunmur. Hər şey ikinci oyunda bəlli olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Bu gün ölkə kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə ilk oyununda 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında gürcü çalışdırıcı daha sonra bunları əlavə edib: “İlk dəqiqələrdən diqqətli oynadıq, hər iki hissədə çoxlu qol epizodları yaratdıq və gözəl qol vurduq. Komandadan çox razı qaldım".

“Bakı”nın məşqçisi Məqsəd Yaqubəliyev isə bildirib ki, cavab oyununda daha yaxşı çıxış etməyə çalışacaqlar: “Çempionat və kubok oyunları arasında fərq görmürük. Premyer Liqada çox sıx qrafiklə oyunlar keçiririk. Razıyam ki, kubokda bir oyunla hər şey həll olmur. Deməzdim ki, rəqib bizdən üstün oldu. Bizim də oyun boyu imkanlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Gözləmədiyimiz, halda məğlub olduq. Cavab qarşılaşmdasında daha yaxşı çıxış edəcəyik”.