Vaqner Lav Berti Foqtsla razı deyil
28.04.2010 - 09:35
Braziliya yığmasının futbolçusu Vaqner Lav çıxış etdiyi “Flamenqo” klubunu tərifləyib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Cənubi Amerikanın ən güclü klub turniri olan Libertadores kubokunda çıxış edən komandasının kifayət qədər güclü olduğunu düşünür. 1/8 final mərhələsinin Braziliyanın digər klubu “Korintians”la oyunu ərəfəsində Lav “Flamenqo” haqda yüksək fikirdə olduğunu açıqlayıb: “İki nəhəng klub qarşılaşacaq. Mənim oynadığım komanda möhtəşəm, güclü bir klubdur”.
Qeyd edək ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Flamenqo”nun çıxış etdiyi Rio-de-Janeyro birinciliyini ciddi tənqid etmişdi. O, özünün bu yaşda orada oynaya və hətta qol vura qol biləcəyini deməklə, 15 qolla yarışın ən yaxşı bombardiri olan Vaqnerin də əməyini kölgə altına salmışdı.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0