“Mən Anatoli Ponomaryova öz fikrimi bildirmişəm”
28.04.2010 - 10:24
“Mən Anatoli Ponomaryova öz fikrimi bildirmişəm”
“Bəzi gənc futbolçular seleksiya xarakterli təlim-məşq toplanışlarında öz şanslarından istifadə ediblər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Seleksiya xarakterli təlim-məşq toplanışında namizədləri bir araya gətirən alman çalışdırıcı razı qaldığı futbolçuların olduğunu desə də, onların adlarını açıqlamayıb: “Hələ gözləmək lazımdır. Buna hələ yüz faiz cavab verə bilmərəm. Çünki çempionat hələ davam edir. Futbolçuların sağlamlığına, zədəli, hansı formada olmasına baxmaq lazımdır. İnanıram ki, onlar növbəti üç yoldaşlıq görüşündə özlərini göstərə biləcəklər. Ancaq toplanışda iştirak etməyən futbolçular növbəti hazırlıq prosesinə cəlb olunmayacaq. Onlar seleksiya xarakterli toplanışa cəlb olunmayıblarsa, harada özlərini göstərə bilərlər?”

Foqts ölkədən kənarda oynayan futbolçumuz Anatoli Ponomaryova da dəvət göndərmişdi. Türkiyənin birinci liqa təmsilçisi “Orduspor”da çıxış edən hücumçu yığmaya qayıtmağa iddialıdır. Görəsən, Foqts ondan razı qalıbmı? “Mən bir neçə dəfə demişəm ki, futbolçular haqda danışmıram. Onlarla təklikdə olanda söhbət edirəm. Təlim-məşq toplanışında da futbolçularla fərdi söhbət etmişəm. Bu, Anatoli Ponomaryova aiddir və mən öz fikrimi ona bildirmişəm. Oyunçular beynəlxalq səviyyədə onlardan nə tələb olunduğunu bilirlər. Biz də öz məşqlərimizi buna uyğun qurmuşuq”.