“14 klubun 2 dövrədə mübarizə aparması müzakirə olunmur”
29.04.2010 - 15:01
Bu gün AFFA inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirildi. Toplantıdan sonra assosiasiyanın baş katibi Elxan Məmmədov apasport.az saytının suallarını cavablandırıb
- İcraiyyə Komitəsinin iclası barədə nə deyə bilərsiniz?
- Maraqlı iclas oldu. Müzakirələr yenə demokratik şəkildə aparıldı, müxtəlif təkliflər səsləndi. Bildiyiniz kimi, gündəlikdə əsas məsələ çempionatın formatı ilə bağlı idi. Amma hansısa qərar qəbul edilmədi. Bir daha təklif olundu ki, AFFA və PFL tərəfindən birgə araşdırmalar aparılsın. Çempionat bitəndən dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək və qərar qəbul olunacaq.
- Həmin iclasın dəqiq tarixi müəyyənləşdirilib?
- Xeyr. Amma yəqin ki, mayın 22-də Azərbaycan kubokunun final oyunundan sonra və ya ertəsi gün keçirilsin. Təbii ki, hazırkı formatla bağlı müsbət fikirlər də var. Biz bunu dəfələrlə qeyd etmişik. Bəzi mənfi tərəfləri də mövcuddur. Ancaq müsbət tərəflər daha çoxdur. Çünki “altılıq”da çox maraqlı mübarizə, rəqabət gedir. Komandalar sürətli oyun nümayiş etdirirlər. Ancaq digər tərəfdən, ikinci “altılıq” bir az diqqətdən kənarda qalır. Bu da ilk növbədə onunla bağlıdır ki, həmin oyunlardan canlı yayım təşkil etmirlər. Çoxları həmin oyunlara getmirlər və təəssüf ki, televiziya vasitəsilə də izləyə bilmirlər. Gündəlikdə ikinci məsələ lisenziyalaşdırma proqramı ilə tanışlıq idi. Bununla bağlı da müzakirələr getdi və AFFA tərəfindən hesabat verildi. Sabah saat 17:00-da komissiyanın lisenziyalaşdırma ilə bağlı qərarı olacaq. Əfsuslar olsun ki, hesabatın nəticəsini deyə bilmərəm. Çünki UEFA qaydasına görə, bu, məxfi saxlanılır.
- Çempionatın formatı ilə bağlı ən çox hansı varianta üstünlük verildi?
- Bilirsiniz, variantlar çoxdur. Birinci sistem indiki kimidir, yəni “altılıq” sistemi. İkincisi, “altılıq” saxlanılsın, amma “qızıl xallar” hesablanmasın. Üçüncü variant isə 12 komandanın 4 dövrədə oynamasıdır.
- Bəs 14 komandanın 2 dövrədən ibarət mübarizə aparması variantı necə?
- Bu, müzakirə olunmur. Çünki hazırda I divizionda komandalarının sabitliyi bizim üçün qənaətbəxş deyil.
- I diviziondan Premyer Liqaya komanda gələcəkmi?
- Bu, artıq yeni formatdan asılı olacaq. Əlbəttə, biz istəyərdik ki, I diviziondan komanda gəlsin.
- Gündəlikdə digər məsələlər bölümündə hansı məsələlər müzakirə olundu?
- Bildiyiniz kimi, FİFA-nın qərarı ilə 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Bu komandanı hazırlamaq üçün Almaniyadan mütəxəssis – Silviya Raytı dəvət etdik. İcraiyyə Komitəsi də bu gün onun namizədliyini təsdiqlədi. Rayt 1995/96 təvəllüdlü qızları yığaraq gələcək U-17-ni yaradacaq və iki ildən sonra Azərbaycanın bu möhtəşəm turnirdə iştirakını təmin edəcək. FİFA-nın tələbi ilə dünya çempionatı üçün yerli təşkilat komitəsi yaradılmalıdır. Bu gün həmin komitə yaradıldı və məni sədr seçdilər. Mən də təxminən 20 üzv seçməliyəm. Bundan əlavə, U-14 liqasının yaradılması ilə bağlı da qərar qəbul edildi. Bildiyiniz ki, AFFA-nın futbolun kütləviliyi baxımından ən uğurlu layihələrindən biri U-13 liqasının yaradılması idi. Orada 1997/98 təvəllüdlü 2000-ə yaxın futbolçu qeydiyyatdan keçmişdi. Həmin uşaqlar hər şənbə və bazar günləri futbol oynayırlar. Çox müsbət nəticələr verən bu liqa sağlam həyat tərzinin təbliğatını aparır. Həmin 1997-ci il təvəllüdlülər bu il artıq U-14-ə düşür. Ancaq təəssüf ki, bu günə qədər U-14 liqası yoxdur. On görə də həmin uşaqların növbəti ildə futboldan qaçmamaqları, qalmaları, yenə oynamalarına imkan yaratmaq üçün bu liqa yaradılması ilə bağlı qərar qəbul edildi. U-14 liqası sentyabr-oktyabrdan fəaliyyətə başlayacaq.
- Bu liqanın sponsoru olacaqmı?
- U-14 liqasını Gənclər və İdman Nazirliyi ilə birgə keçirəcəyik. Təbii ki, sponsorlarla bağlı müzakirələr gedir.
- Siz indicə 10 yox, 12 komandadan ibarət 4 dövrəli sistemi qeyd etdiniz. Belə çıxır ki, 12-ci yerdə gedən “Karvan” Premyer Liqada qalacaq?
- Bununla bağlı artıq İcraiyyə Komitəsinin növbəti iclasında qərar qəbul olunacaq. Hazırdakı “altılıq” sistemi çox maraqlıdır, gərgin mübarizə gedir. Açığı, ilk “altılıq”da çox gözəl oyunlar nümayiş olunur. “Xəzər-Lənkəran” – “İnter” görüşü çox sürətli, cari mövsümdə ən maraqlı oyun idi. Digər “altılıq” iştirakçıları da çox maraqlı, sürətli oyun göstərir. “Altılıq”la bağlı yeganə mənfi məsələ 6-12-ci yerdə mübarizə aparanlarla bağlıdır. Ona da necə marağı artırmağı düşünmək lazımdır. Canlı yayım problemi var. Həmin klublar öz oyunlarını canlı yayımlamaq istəmir. Bu da bizim üçün qənaətbəxş deyil.
- Qarşıdan növbəti seçmə mərhələ gəlir. İcraiyyə Komitəsində bununla bağlı müzakirələr oldumu?
- Yox. Sadəcə, milli komandanın buna ciddi hazırlaşması ilə bağlı fikir bildirildi. Gördüyünüz kimi, mayın sonu – iyunun əvvəlində Avstriya toplanışında üç yoxlama oyunu planlaşdırılıb. Bu, bir daha göstərir ki, yığmamız Avro-2012-ə çox ciddi, peşəkar səviyyədə hazırlaşır. Baş məşqçimiz istəyir ki, futbolçular qısa fasilə ilə beynəlxalq səviyyəli oyunlar keçirsin. Matın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Honduras yığması ilə yoldaşlıq görüşləri yığmamızın təcrübəsini artıracaq.
- Növbəti rəqiblərlə bağlı yenilik yoxdur?
- Müxtəlif ölkələrlə danışıqlar aparırıq. Təbii ki, İslandiyadakı vulkandan sonra bizə ora getmək istəməzdik. Çox ölkələr bizi dəvət edir. Ancaq biz avqustun 11-də, Avro-2102 öncəsi son yoxlama oyununu Bakıda keçirmək istəyirik. Sonuncu dəfə Bakıda yoldaşlıq görüşünü 2008-ci ilin noyabrında Albaniya yığması ilə keçirmişik. Üstəlik, 11 avqustda hava şəraiti də oyunu Bakıda keçirməyə imkan verir. Ancaq noyabrın sonunda - dekabrın əvvəlində bu, çətindir.
- Bəlkə yığmalar avqustda istidə Bakıda oynamaq istəmir?
- Məncə, həmin tarixə rəqib tapacağıq.

0
0