Avstriyalılar Azərbaycan yığmasını İnsbruka çağırır
29.04.2010 - 15:35
Avstriya milli komandasının baş məşqçisi Ditmar Konstantini Avro-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyununun yerini müəyyənləşdirmək istəyir. Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis Berti Foqtsun yetirmələri ilə İnsbrukda görüşmək fikrindədir.
Konstantini oktyabrın 8-dəki qarşılaşmanın özünün də anadan olduğu kurort şəhərində baş tutmağını istəyir: “Mən bu məsələdə federasiyamızın rəhbərliyi ilə razıyam. Matçın paytaxt Vyanada keçiriləcəyi halda daha böyük gəlir əldə etmək imkanı bu məsələdə həlledici amil olmamalıdır”.
Qeyd edək ki, İnsbruk Avstriyanın böyük turizm mərkəzlərindən biri sayılır.

0
0