Ağasəlim Mircavadovun kəşfi Mauro Silvanın komandasında
29.04.2010 - 16:16
Braziliyanın “Braqantino” klubu yeni futbolçularının təqdimat mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin B seriyasında mübarizə aparan San-Paulu təmsilçisinin 4 yeni transferi arasında Unibank Premyer Liqasında oynamış futbolçu da yer alıb.
Belə ki, “Xəzər-Lənkəran”ın sabiq futbolçusu Osmar Siqueyra karyerasını “Braqantino”da davam etdirəcək. 2006-cı ilin yayında ölkəmizə gələn hücumçu o vaxt 17 yaşı olduğundan uzun müddət transferi rəsmiləşməmişdi. Ağasəlim Mircavadovun kəşfi yalnız 18 yaşı tamam olandan sonra beynəlxalq transferi gerçəkləşdi. Ardından “Masallı”ya transfer olunan istedad az sonra vətəninə qayıtmışdı.
Qeyd edək ki, vaxtilə Karlos Alberto Pareyra, Vanderley Luşemburqu kimi məşhur mütəxəssislərin rəhbərlik etdiyi “Braqantino” Mazinyo və Mauro Silva kimi dünya çempionlarını yetişdirib.

0
0