Rafael van der Vaartın gözəl və güclü rəqqasəsi - FOTOSESSİYA
29.04.2010 - 16:28
Madrid “Real”ının futbolçusu Rafael van der Vaartın ailəsi üçün cari mövsüm ikinciliklərlə zəngindir. Apasport.az saytının məlumatına görə, İspaniya çempionatında ikinci pillədə olan komandası ilə birlikdə gümüş medal qazanmağa namizəd olan holland futbolçunun xanımı da ailə kolleksiyasına eyni əyarlı mükafat gətirməyə yaxındır.
Belə ki, idman rəqslərində tanınan simalardan sayılan Silviya van der Vaart “Let’s Dance” yarışmasının üçüncü turunda 27 xal qazanmaqla, ikinci pilləyə yüksəlib. Kristian Bearla cütlükdə çıxış edən holland gözəlçə ümumi hesabda 80 xal yığmaqla, liderdən 5 xal geridə qalır. Lakin Silviya da Rafael kimi yarışın sonuna kimi gümüşü qızıla çevirmək iddiasındadır.
Hərçənd, xanım van der Vaartın ağır dövrü arxada qoymasından sonra ikincilik də uğur kimi dəyərləndirilir. Süd vəzilərinin xərçəngi ilə mübarizə aparıb kimyəvi müdaxilə ilə xəstəliyə qalib gələn xanım ərinin “Real”ın məşqində baldırından zədələnməsinə də üzülmüşdü. Elə bu dərdlərlə eyni vaxtda Silviya çarpayıdan yıxılaraq, körpücük sümüyünü qıran oğlu Damianın da əziyyətini çəkmişdi. Bütün bu problemləri arxada qoymaqla, səhnəyə çıxıb gözəlliyi və rəqsləri ilə hamını məftun edən Siviya həm güclü qadın olduğunu sübut edib.

0
0