Batista: “Bakı” haqda çox yaxşı xatirələrim var
29.04.2010 - 16:44
Batista: “Bakı” haqda çox yaxşı xatirələrim var
“Bəziləri mənə deyirdi ki, Azərbaycanda futbolun səviyyəsi aşağıdır. Ancaq bu, belə deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun sabiq futbolçusu Roşa Batista deyib.

Ötən ilin qışında Ukraynadan Bakıya gələn braziliyalı hücumçu vurduğu qollarla komandasının Azərbaycan çempionu olmasında böyük rol oynadı. Həmin vaxt “Xarkov”dan icarəyə götürülən Batista yayda Ukraynana dönməyi üstün tutdu. “Karpatı”ya qayıdan Roşa Ukrayna Premyer Liqasının son turunda Kiyev “Dinamo”su ilə görüşdə (1:0) vurduğu qələbə topu ilə yenidən diqqət mərkəzinə düşüb: “Xarkov”dan fərqli, “Bakı”da çıxışım haqda xatirələrim çox yaxşıdır. Axı mən Azərbaycan çempionu oldum, avrokuboklarda oynadım. Bundan sonra “Karpatı”ya qayıtmaq haqda təklif almağıma şad oldum. Lvova, məni xatırlayan şəhərə döndüm. Bəli, bu tarixi şəhərə öyrəşmişəm”.

Qeyd edək ki, Batista “Bakı”nın heyətində avrokuboklarda yeganə qolunu Çempionlar Liqasında Litvanın “Ekranas” klubu ilə səfər oyununda (2:2) vurub.