Marian Aliuta “Xəzər-Lənkəran”a qalib gəlməyin yolunu bilir
29.04.2010 - 16:39
"Unibank Premyer Liqasında növbəti oyunun vacib əhəmiyyət daşıdığını yaxşı anlayırıq. Komandamızın bütün üzvləri "Xəzər-Lənkəran"la matçda qələbəyə köklənib". Bu sözləri "Neftçi"nin rumıniyalı futbolçusu Marian Aliuta deyib.
32 yaşlı yarımmüdafiəçi klubun saytına verdiyi açıqlamada 30-cu turda "Xəzər-Lənkəran"a qalib gəlməyin yolunu göstərib: "Rəqibi məğlub etmək üçün meydanda sonadək mübarizə aparmaq lazımdır. Bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, "Neftçi" komanda şəklində güclü oyun nümayiş etdirir. İnanırıq ki, azarkeşlərimiz stadiona gələrək, mənəvi dəstəklərini bizdən əsirgəməyəcəklər".
Qeyd edək ki, "Xəzər-Lənkəran"la görüş mayın 1-də saat 17:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda olacaq.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0