Azərbaycanda 3176 futbolçu var
29.04.2010 - 17:01
Azərbaycanda 3176 futbolçu var
Azərbaycanda qeydiyyatdan keçən futbolçuların sayı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, mövsümün əvvəlində 3176 peşəkar futbolçunu qeydə alınıb.

Assosiasiyanın qeydiyyat bazasından keçmiş futbolçular arasında say üstünlüyü U-13 liqasına malikdir. Belə ki, burada 1454 futbolçu oynayır. U-15, U-17 və I liqada müvafiq olaraq, 435, 403, 279 futbolçu qeydiyyatdan keçib. Ən az qeydiyyatdan keçən əvəzedicilərin çempionatındadır – 292 futbolçu.

Nəhayət, AFFA cari mövsümün əvvəlində Premyer Liqa üçün 313 futbolçunu qeydiyyata alıb. İcraiyyə Komitəsinin bu gün keçirdiyi iclasında U-14 liqasının yaradılması ilə bağlı çıxarılan qərar ölkəmizdə qeydiyyata düşən futbolçuların sayını 4000-ə yaxınlaşdıracaq.