Ruslan Abışovdan iddialı açıqlama: 3 oyundan 9 xal!
29.04.2010 - 17:15
“Neftçi” klubunun və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Unibank Premyer Liqasının 30-cu turunda “Xəzər-Lənkəran”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, gənc futbolçu təkcə lənkəranlılarla görüşdə deyil, çempionatın son 3 turunda qələbə qazanmaq əzmində olduqlarını söyləyib: “Xəzər-Lənkəran” və daha sonra qarşılaşacağımız "Qəbələ" və "Qarabağ"la matçlarda qalib gəlmək istəyirik. Son 3 oyunda 9 xal toplamaq gücündəyik".
Abışov klubun saytına açıqlamasında komandasının Avroliqaya vəsiqə qazanmaq əzmində olduğunu bildirib: "Hazırda komandada yaxşı əhval-ruhiyyə var. Meydanda var gücümüzlə mübarizə aparıb, "Xəzər-Lənkəran"ı məğlub edəcəyik".

- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0