Əfran İsmayılov: Qələbə qazansaq, vəziyyət yenə gərginləşəcək
29.04.2010 - 23:05
“Neftçi” məğlub etdikdən sonra 3 oyundur qələbə qazana bilmirik. İtiriləcək xal və ya xallar avrokuboklara vəsiqə qazanmaq şansımızı daha da azaldacaq. Ona görə də “İnter”lə görüşə dönüş nöqtəsi kimi baxırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Unibank Premyer Liqasının XXX turunda səfərdə “İnter”lə qarşılaşacaq Ağdam təmsilçisi oyuna ciddi hazırlaşır. Görüşlə bağlı fikirlərini bildirən İsmayılov komandasının çempionluq şansının az olduğunu bildirib: “Nəzəri də olsa, çempionluq şansımız var. Ancaq etiraf etmək lazımdır ki, bu o qədər də real görünmür. Hər şey məhz “İnter”lə görüşdən asılı olacaq. Əgər qələbə qazansaq, yenidən vəziyyət gərginləşəcək”.
22 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın şansının elə də yüksək olmamasının oyuna köklənmələrində müəyyən çətinliklər yaratdığını deyib: “Son uğursuzluqlardan sonra müəyyən mənada oyuna köklənməkdə çətinlik çəkirik. Baş məşqçimiz bunun üçün əlindən gələni edir, bizə ürək-dirək verir. Məncə, “Qarabağ” və “Neftçi” komandalarından biri 4-cü yerin sahibi kimi avrokuboklara vəsiqə qazanacaq. Hərçənd, bizi səfərdə “Neftçi” ilə prinsipial oyun gözləyir”.

0
0