“Məni “Neftçi”nin əsas üzvü saymaq tezdir”
29.04.2010 - 23:01
“Komandamız gündən-günə öz oyununu tapır. Şükür Allaha, düşərgəmizdə əla ab-hava var. “Xəzər-Lənkəran”la görüşə tam hazırıq. Oyunun Respublika və ya Bakıxanov qəsəbə stadionunda keçirilməsinin elə bir əhəmiyyəti yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Cavid Hüseynov deyib.
Flaqmanın çempionluq sevdasından əl çəkməsi ilə razılaşan gənc hücumçu avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə apardıqlarını bildirib: “Çempionluq yox, ancaq Avropa Liqasına vəsiqə qazanmaq şansımız var. Yəni, oynamaq üçün stimul var. Ona görə də, “Xəzər-Lənkəran”la görüşə 3 xal üçün çıxacağıq. İnşallah, qələbə sayəsində avrokuboklara vəsiqə qazananların sırasında biz də olarıq”.
Son oyunlarda əsas heyətdə yer alan Hüseynov baş məşqçisinin ona inandığını söyləyib: “Məni “Neftçi”nin əsas üzvü saymaq tezdir. Baş məşqçi Arif Əsədov mənə deyib ki, “inanıram sənə. Çıx meydana özünü sübut et”.

0
0