Avroliqanın finalçıları bəlli oldu: “Hamburq” Hamburqa buraxılmadı
30.04.2010 - 09:28
Avropa Liqasında yarımfinal oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin cavab qarşılaşmalarından sonra qitənin ikinci dərəcəli klub turnirinin finalçıları müəyyənləşib.
Son illər Çempionlar Liqasında hegemonluq edən, cari mövsümdə isə finala həsrət qalan İspaniya və İngiltərə bu dəfə Avropa Liqasının həlledici oyununda təmsil olunacaq. Belə ki, “Atletiko” səfər, “Fulhem” isə ev oyunundan sonra mayın 15-də Almaniyanın Hamburq şəhərində keçiriləcək final matçına vəsiqə qazanıblar.
İspaniya təmsilçisi istəyinə yalnız əlavə vaxtda çatıb. “Liverpul” hələ birinci hissədə hesabı açıb ümumi tarazlığı bərpa etməklə, qarşılaşmanı əlavə vaxtadək yubatmışdı. Elə bu 30 dəqiqədə də Rafael Benitesin yetirmələri birinci fərqlənməyi bacardı. Lakin ilk oyundakı kimi, yenə meydanı qolsuz tərk etməyən Forlan madridliləri finala daşıyan qola imza atıb.
“Hamburq” isə doğma “Nordbank-Arena” stadionunda keçiriləcək final matçında oynamaq arzusu ilə vidalaşıb. Almanları mübarizədən bu mövsüm kifayət qədər sensasiyaya imza atan “Fulhem” kənarlaşdırıb. Birinci hissənin ilk yarısında qol buraxan londonlular tarixlərində ilk dəfə finala çıxmaq üçün 7 dəqiqə ərzində 2 dəfə fərqlənib. Bu qollar Roy Hocsonun yetirmələrinin arzusuna çatması üçün kifayət edib.
Avro-2008-in seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Finlandiya yığmasını çalışdıran Hocson karyerasında ikinci dəfə bu uğuru qazanıb. 1997-ci ildə İtaliyanın “İnter” klubu ilə UEFA kubokunun finalına çıxan 63 yaşlı mütəxəssis üçün millimizlə oyunlar uğursuz alınıb. Bakıda Şahin Diniyevin çalışdırdığı yığmamıza 0:1 hesabı ilə uduzan Hocsonun yetirmələri Helsinkidə hakimlərin köməyi ilə Qyoko Hacıyevskinin komandasından bunun əvəzini çıxmışdı - 2:1.
Qeyd edək ki, 24 ildən sonra finala çıxan “Atletiko” axırıncı dəfə 1986-cı ildə Kuboklar Kubokunda həlledici oyuna vəsiqə qazanmışdı. Həmin vaxt ispanları Kiyev “Dinamo”su susdurmuşdu – 3:0. Madrid təmsilçisinin qitə arenasında qazandığı titul da məhz Kuboklar Kubokuna təsadüf edib. “Atletiko” 1962-ci ildə bu yarışın qalibi olub.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
“Liverpul” (İngiltərə) - “Atletiko” (İspaniya) – 2:1 (əlavə vaxtda)
Akvilani, 44, Benayun, 95 – Forlan, 102
İlk oyun – 0:1
“Fulhem” (İngiltərə) – “Hamburq” (Almaniya) – 2:1
Devis, 69, Gera, 76 – Petriç, 22
İlk oyun – 0:0

0
0