“Bakı” Çin klubunu darmadağın etdi
30.04.2010 - 10:07
“Bakı” klubunun 17 yaşlılardan ibarət komandası “Qazaxıstan Respublikasının Prezidentinin Kuboku” turnirində çıxışını başa vurub. Turnirin təşkilatçısı olan Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinin əməkdaşı Aleksandr Keplinin apasport.az saytına verdiyi məlumata görə, paytaxt təmsilçisi Astanada keçirilən turnirdə bu gün 7-ci yer uğrunda Çinin SUAR klubunu böyük hesabla məğlub edib – 4:0. Komandamız hər hissədə rəqibin qapısından 2 top keçirib.
Qeyd edək ki, “Bakı” qrupda keçirdiyi oyunlarda Serbiyanın 17 yaşlılardan ibarət yığmasına 0:10, Türkiyənin “Qalatasaray” klubuna 2:3, Moskva MOİK-inə 0:4 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, “Bakı” qrupda keçirdiyi oyunlarda Serbiyanın 17 yaşlılardan ibarət yığmasına 0:10, Türkiyənin “Qalatasaray” klubuna 2:3, Moskva MOİK-inə 0:4 hesabı ilə uduzmuşdu.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0