Paytaxt derbisində azarkeşlərdən yığılan silah-sursat - FOTOSESSİYA
30.04.2010 - 10:36
İtaliyanın “Roma” və “Latsio” komandaları arasında qarşılaşmalar həmişə qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, paytaxt derbisi zamanı polislər işlərinə heç yerdə olmadığı qədər diqqətli yanaşır.
Klubların son görüşü də istisna təşkil etməyib. “Roma” və “Latsio” azarkeşlərinin arenaya keçirmək istədiyi silahları toplayan asayiş keşikçiləri matçın itkisiz bitməsi üçün əllərindən gələni ediblər. Tərksilah olunan fanatların üstündən tapılan əşyalardan zəngin bir kolleksiya yaransa da, bu xeyli müddət gizli saxlanılıb. Polis idarəsindəki sızmalardan yararlanan italiyalı həmkarlarımız nəhayət ki, yığılmış silahların şəkillərini əldə ediblər.
Qeyd edək ki, komandalar cari mövsümdə iki dəfə qarşılaşdığından şəkillərin hansı matça aid olduğu açıqlanmır. “Roma”nın meydan sahibi kimi çıxdığı matç ötən il dekabrın 6-da baş tutmuş və “canavarlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. “Sarı-qırmızılar” 12 gün əvvəlki səfər qarşılaşmasında da 2:1 hesabı ilə qalib gəlib.

0
0