“Neftçi” - “Xəzər-Lənkəran”: İlk dəfə Bakıxanovda!
30.04.2010 - 12:06
“Neftçi” - “Xəzər-Lənkəran”: İlk dəfə Bakıxanovda!
Unibank Premyer Liqasının XXX turunun mərkəzi oyunu olan “Neftçi” – “Xəzər-Lənkəran” matçı yeni məkanda keçiriləcək. Apasport.az saytının hesablamalarına görə, prinsipial rəqiblər tarixlərində ilk dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda üz-üzə gələcəklər.

2004-cü ildən başlayaraq barışmaz rəqibə çevrilən komandalar indiyədək keçirdikləri 14 dueldə 5 stadionun ot örtüyünə çıxıblar. “Neftçi” 6 ev oyununun hamısını Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyindən, ilk dəfə başqa arenada lənkəranlıları qəbul edir. Cənublular isə 5 dəfə Şəhər Mərkəzi stadionunda, 1 dəfə Lənkəran Olimpiya Kompleksində, daha bir dəfə isə Cəlilabadda meydan sahibi olublar.

2004/05 mövsümünün “Qızıl oyun”u isə Gəncədə baş tutmuşdu. Bakıxanov qəsəbəsindəki arena ölkə “nəhəng”lərinin görüşünü qəbul edəcək 6-cı stadion olacaq.

“Neftçi” – “Xəzər-Lənkəran”: bütün oyunlar və stadionlar

tarix

stadion

oyun

hesab

08.12.2004

Cəlilabad

Xəzər-Lənkəran -    Neftçi

1   :   1

11.05.2005

Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi               -    Xəzər-Lənkəran

2   :   1

10.06.2005

Gəncə

Neftçi               -    Xəzər-Lənkəran

2   :   1

18.12.2005

Lənkəran Olimpiya İdman Kompleksinin stadionu

Xəzər-Lənkəran -    Neftçi

0   :   1

30.05.2006

Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi               -    Xəzər-Lənkəran

2   :   2

11.08.2006

Lənkəran şəhər Mərkəzi stadionu

Xəzər-Lənkəran -    Neftçi

2   :   1

16.02.2007

Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi               -    Xəzər-Lənkəran

1   :   0

10.11.2007

Lənkəran şəhər Mərkəzi stadionu

Xəzər-Lənkəran -    Neftçi

0   :   1

11.05.2008

Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi               -    Xəzər-Lənkəran

0   :   1

19.10.2008

Lənkəran şəhər Mərkəzi stadionu

Xəzər-Lənkəran -    Neftçi

2   :   0

12.04.2009

Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi               -    Xəzər-Lənkəran

2   :   1

08.11.2009

Lənkəran şəhər Mərkəzi stadionu

Xəzər-Lənkəran -    Neftçi

0   :   0

17.02.2010

Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi               -    Xəzər-Lənkəran

0   :   0

27.03.2010

Lənkəran şəhər Mərkəzi stadionu

Xəzər-Lənkəran -    Neftçi

0   :   0