Kiçik stadionda “Böyük oyun”: “Neftçi” bürünc, “Xəzər-Lənkəran” qızıl iddiasında
30.04.2010 - 12:38
Sabah Unibank Premyer Liqasında XXX turun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, hər iki “altılıq”da vacib oyunların baş tutacağı turun mərkəzi qarşılaşması “Neftçi” və “Xəzər-Lənkəran” arasında olacaq.
Ötən həftə “İnter”lə görüşdə vacib 2 xal itirən cənub təmsilçisi bu dəfə prinsipial rəqibinin qonağıdır. “Böyük oyun” kimi tanınan derbi görüş medallar uğrunda mübarizədə böyük əhəmiyyət kəsb edir. “Xəzər-Lənkəran” zirvədə qalmaq, “Neftçi” isə avrokuboklara düşmək şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Məğlubiyyət lənkəranlılara çempionluq, “ağ-qaralar”a isə qitə miqyaslı turnirdən kənarda qalmaq bahasına başa gələ bilər.
Maraqlıdır ki, bu komandaların oyunlarında həmişə qol vurulurdusa, cari mövsümdə ənənə qırılıb. Bu azmış kimi, arxada qalan üç oyunda azarkeşlərə ümumiyyətlə, qol görmək nəsib olmayıb.
“Neftçi” ilə “Xəzər-Lənkəran”ın “altılıq”dakı ilk görüşü qalmaqal baxımından böyük əks-səda doğurdu. Həmin vaxt AFFA-nın İntizam Komitəsinin 35 min manatlıq cəriməsinə məruz qalan Lənkəran klubu baş məşqçisi Ağasəlim Mircavadovu da 4 oyunluq itirdi. Cəzası bitən təcrübəli mütəxəssisin Premyer Liqaya qayıdışı elə “Neftçi” ilə görüşə təsadüf edəcək. Bununla da Mircavadov ölkə çempionu etdiyi, “Birlik kuboku” qazandırdığı keçmiş komandası ilə görüşə çıxacaq.
“Xəzər-Lənkəran”ın büdrəməsini gözləyən “İnter” evdə oynasa da, işi heç də asan olmayacaq. Hər halda, “Qarabağ” ötən il uğurla çıxış etdiyi Avroliqaya yenə çıxmaq uğrunda mübarizədə son şanslarından maksimum istifadə etməlidir. Ağdam təmsilçisi ötən il qazandığı ölkə kubokunda mübarizədən kənarda qaldığı üçün Premyer Liqa vasitəsilə avrokuboklara düşə bilər. Amma “altılıq”da hər iki komanda uğursuz çıxış edir. Təsadüfi deyil ki, “İnter”lə “Qarabağ” final mərhələsində cəmi 1 qələbə qazanıb.
“Altılıq”da ən çox toplayan “Bakı” isə final mərhələsinin autsayderinin qonağı olacaq. Avrokuboklara düşmək şansını çox az olan “Qəbələ” ilk dövrədən sonra bakılılar kimi “altılıq”da xal baxımından lider idi. Ancaq son üç görüşdə qələbə üzünə həsrət qalan Ramiz Məmmədovun yetirmələri avrokuboklara çıxmaq şanslarını azaldıb. Çempionluq uğrunda mübarizəsini davam etdirən “Bakı” isə “Qəbələ” ilə ev oyununda vacib 2 xal itkisinin əziyyətini çəkir. Hər halda, Qəbələdə növbəti qələbə “Xəzər-Lənkəran”la “İnter”in xal itkisi sayəsində son çempionu liderliyə yüksəldə bilər.
İkinci “altılıq”dakı oyunlara maraq az olsa da, bu tur nəticə baxımından çox önəmlidir. Təbii ki, söhbət ilk növbədə “Standard” – “Muğan” oyunundan gedir. Sumqayıtdakı görüşdəki nəticə “Karvan”ın I diviziona yol yoldaşına böyük ölçüdə aydınlıq gətirəcək. “Standard” qələbə qazanmaqla, “Muğan”ı turnir cədvəlində arxada qoyacaq və artıq hər şey öz əlində olacaq. Salyanlılar isə hətta heç-heçə etməklə, sona iki tur qalmış böyük üstünlük qazanacaq. “Muğan” qalib gələrsə, “Karvan”ın Premyer Liqada yerini itirməsi rəsmiləşəcək.
1 may
17:00. "Neftçi" - "Xəzər-Lənkəran"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari çempionatdakı oyunlar – hər üçü 0:0
17:00. "Karvan" - "Olimpik-Şüvəlan"
Yevlax. Şəhər stadionu
Cari çempionatdakı oyunlar – 2:3, 0:4, 0:0
17:00. "Simurq" - "Turan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 2:1, 2:1, 0:0
17:00. "Standard" - "Muğan"
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari çempionatdakı oyunlar - 0:1, 1:0, 0:1
17:15. "Qəbələ" - "Bakı"
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
Cari çempionatdakı oyunlar – 2:0, 2:0, 1:1
18:00. "İnter" - "Qarabağ"
Bakı. "Şəfa" stadionu
Cari çempionatdakı oyunlar – 2:1, 1:1, 1:1
Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12; Adrean Neaqa (Neftçi) – 11

| komandalar | o | q | h | m | t | x |
1 | "Xəzər-Lənkəran" | 17 | 6 | 8 | 3 | 18-11 | 26 |
2 | "İnter" | 17 | 6 | 7 | 4 | 18-17 | 25 |
3 | "Bakı" | 17 | 6 | 6 | 5 | 18-14 | 24 |
4 | "Qarabağ" | 17 | 4 | 8 | 5 | 13-17 | 20 |
5 | "Neftçi" | 17 | 4 | 8 | 5 | 11-12 | 20 |
6 | "Qəbələ" | 17 | 3 | 7 | 7 | 16-23 | 16 |
| |||||||
7 | "Olimpik-Şüvəlan" | 17 | 8 | 5 | 4 | 24-15 | 29 |
8 | "Simurq" | 17 | 7 | 7 | 3 | 18-13 | 28 |
9 | "Turan" | 17 | 6 | 7 | 4 | 22-19 | 25 |
10 | "Muğan" | 17 | 5 | 6 | 6 | 12-13 | 21 |
11 | "Standard" | 17 | 5 | 4 | 8 | 16-21 | 19 |
12 | "Karvan" | 17 | 2 | 7 | 8 | 13-24 | 13 |

0
0