Azərbaycan çempionu “Neftçi” klubundan çəkinir
01.05.2010 - 23:16
“Dördlər finalı”ndan uğurlu nəticə ilə döndük. Fikrimcə, biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal yığmasının və Naxçıvanın "Araz" klubunun braziliyalı üzvü Biro Jade deyib.
38 yaşlı futzalçı bundan sonra bütün diqqətlərini daxili çempionata yönəltdiklərini bildirib: "Avropada yenidən çıxış etmək üçün ilk növbədə daxili çempionatda uğur qazanmalısan. Biz çempionluğu təmin etmiş kimi görünürük. Amma Azərbaycan kubokunu da muzeyimizə aparmaq niyyətindəyik. Fikrimcə, 1/4 final mərhələsində qarşılaşacağımız "Neftçi" çətin rəqibdir. Ümumiyyətlə, çempionatda da onlara qarşı oynamaq asan deyil. Bu klubun "Araz"ın qabağını kəsə biləcək qədər gücü var. Ən ciddi rəqibimiz məhz "Neftçi"dir”.
Qeyd edək ki, Biro Jade Avropa çempionatında dördüncü yeri tutan Azərbaycan yığmasının, eləcə də “Dördlər finalı”nın bürünc medalını ölkəmizə gətirən "Araz" klubunun heyətində yer alıb.

0
0