“Qalatasaray” daha bir transfer reallaşdırdı
01.05.2010 - 12:00
“Qalatasaray” klubu daha bir transferə imza atıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Beşiktaş”dan yarımmüdafiəçi Sərdar Özkandan sonra digər gənc oyunçu – qapıçı Hakan Arıkanı da alıb.
“Qata Qartal”da 37 yaşlı qapıçısı Rüştü Rəncbərin əvəzləyici olmaqdan bezən Hakan prinsipial rəqibə keçməyə qərar verib. Rəhbərliklə ilkin müqavilə imzalayan Hakanı mövsümün sonunda transferi rəsmiləşdirəcək. Yeni mövsümdə heyətində legioner qapıçı olmasını istəməyən “Qalatasaray” rəhbərliyi argentinalı Leo Frankonu icarəyə verəcək.
Qeyd edək ki, “Cim Bom”un gəncləşdirmə siyasətində növbəti hədəfi “Adanaspor”un 18 yaşlı yarımmüdafiəçisi Okan Salmazı almaqdır.

0
0