Arda Turana 12,5 milyon avroluq təklif
01.05.2010 - 13:01
Arda Turana 12,5 milyon avroluq təklif
Arda Turan kapitanı olduğu “Qalatasaray” klubundan mövsümün sonunda ayrıla bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı futbolçunun meneceri Əhməd Bulut klub prezidenti Adnan Polatla görüşündə bildirib ki, müştərisini Avropaya transfer etmək istəyir: “Ardaya bir çox təkliflər var. Onun xəyalı Avropadadır”.

Turanla İngiltərənin aparıcı klubları maraqlanır. Futbolçunun özü də Premyer Liqada çıxış etmək istəyir. “Liverpul” başda olmaqla, “Arsenal”, “Tottenhem” rəhbərliyi Ardanı ələ keçirməyə çalışırlar. Bulutla təmasa girən ingilislər transfer üçün 12,5 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.