Ağasəlim Mircavadov: Böyük hesablı qələbə üçün İspaniyaya getmək lazımdır
01.05.2010 - 18:30
Ağasəlim Mircavadov: Böyük hesablı qələbə üçün İspaniyaya getmək lazımdır
“Gərgin oyun oldu. Hər iki komanda sonadək meydanın hər bir qarışı uğrunda mübarizə apardı”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadova məxsusdur.

Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının XXX turunda “Neftçi” klubunun qonağı olub. 0:0 hesabı ilə nəticələnən görüşdən sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis bildirib ki, çempionluq yolunda vacib xallar itiriblər: “Amma şansımız qalır. Əgər böyük hesablı qələbə istəyirsinizsə, onda İspaniyaya getmək lazımdır”.