Arif Əsədov “Neftçi”nin ruhunu axtarır
01.05.2010 - 18:43
“Meydanda apardıqları mübarizəyə görə, futbolçularımı təbrik edirəm. Son turlarda öz oyunumuzu tapmışıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Paytaxt təmsilçisi bu gün Unibank Premyer Liqasının XXX turunda öz meydanında lider “Xəzər-Lənkəran”la qolsuz bərabərliyə qalıb. Oyundan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın çalışdırıcı bildirib ki, avrokuboklara düşmək üçün sonadək mübarizə aparacaqlar: “Biz komandanın ruhunu geri qaytarmağa çalışırıq. Hər iki komanda baxımlı futbol oynadı, amma bircə qol çatışmadı. Avrokuboklara qatılmaq şansımız davam edir, hələ qarşıda 2 oyunumuz var. Məncə, hər şey son turda bəlli olacaq”.

0
0