Qurban Qurbanov: Bu, çempionat ərzində ən maraqlı oyunlardan biri idi
01.05.2010 - 19:15
Qurban Qurbanov: Bu, çempionat ərzində ən maraqlı oyunlardan biri idi
“Çox gərgin və maraqlı oyun oldu”. Apasport.az saytının xəbərinə görə, bunu Unibank Premyer Liqasının XXX turunda “İnter”lə səfər qarşılaşmasından sonra keçirilən mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi “Şəfa” stadionunda keçirilən oyunda qələbə qazanmaqla, “İnter”ə ağır zərbə vurub. Belə ki, meydan sahibləri qələbə qazanacağı halda, turnir cədvəlində birinci pilləyə qalxacaqdı. Amma 0:1 hesablı məğlubiyyət paytaxt komandasının zirvəyə qalxmasına mane oldu. Qurbanovun fikrincə, bu, cari çempionatın ən maraqlı oyunlarından biri olub: “Son vaxtlar nə biz, nə də “İnter” qələbə qazana bilirdi. Bu, çempionat ərzində ən maraqlı oyunlardan biri idi. Adamiyanın çox gözəl qolu sayəsində qələbə qazandıq”.